Azerbaycanlı işadamı Mübariz Mansimov geçtiğimiz günlerde FETÖ üyeliği kuşkusuyla tutuklandı. SOCAR kümesi yöneticilerinin kendisine komplo kurduğunu tez eden Mansimov açlık grevine başlamıştı.
Mansimov’un Türk ve Azerbaycanlı devlet yetkilileriyle olan ilgileri ve toplumsal medya hesabından yaptığı son paylaşımları gündeme gelmişti.
Mansimov cezaevinden yazdığı mektupta ise dikkat çeken sözler kullandı. Mektubunda, “Erdoğan’ın kelamıyla mallarımı Türkiye’ye taşıdım. İsviçre vatandaşlığından imtina edip Türkiye vatandaşlığını seçtim” diye yazan Mansimov, “Erdoğan’ı abi, kardeş bilirdim” dedi.
Mübariz Mansimov, mektubunun sonunda Atatürk’ün, “Beni görmek demek kesinlikle yüzümü görmek değildir. Benim fikirlerimi, benim hislerimi anlıyorsanız ve hissediyorsanız bu kafidir” kelamına yer verdi.
İşte Mansimov’un Azerice yazdığı o mektup:
“Dəyərli Azərbaycan və Türkiyə xalqı!
İllər öncə 2013-cü ildə bir qrup azərbaycanlılar tərəfindən rus dövlətinə rüşvət verərək mənim Rusiyada şirkətimi ələ keçirib batırmaya çalışdılar və bunu bacardılar. Bəzi azərbaycanlılar üzündən 2017-ci ildə Palmali Rusiyanın batmasına nail oldular. 50 gəmim bəzi azərilərin və ermənilərin əlinə keçdi. 2014-cü ildə SOCAR-ın rəhbəri Rövnəq Abdullayev eynisini mənə qarşı etməyə başladı. SOCAR ilə ortaq olduğumuz şirkətlərdən bir oğru kimi bəlli mallarımı və 14 gəmimi ələ keçirdilər. O qədər qudurdular ki, ortaq olmadığımızı gözümün içinə baxa-baxa söylədilər, halbuki ortaq olduğumuzu bütün Azərbaycan xalqı bilirdi. Yəni, Azərbaycanda məni sıxışdırıb kənarlaşdırmağa başladılar. Və mən yenə də “vətən sağ olsun” dedim və olanları sinəyə çəkdim. İndi bu gün sağ olsun Türk ədalət sistemi məni buraya – həbsxanaya qapatdı. Özləri bilir ki, mənim fetö şərəfsizi ilə bir işim olmadı, ola bilməz də. Dövlətin içindəkilər, hüquq sisteminin içindəkilər bunu bilirlər.
ERDOĞANI ABİ, QARDAŞ BİLDİM
Hörmətli cümhurbaşqanım Recep Tayyip Erdoğanın bəlkə də olanlardan xəbəri yox belə. Mən hər vakit onu dünyada ən ədalətli və düzgün lider, abi – qardaş bildim. Sadece onun tövsiyyəsinə görə, 2015-də şirkətlərimi Türkiyəyə köçürtdüm. 2019-da xaricdə hardasa heç bir şirkətim qalmadı. Olanlara da mərkəz olaraq Türkiyəni seçdim. 2016-cı ildə hər kəs Türkiyədən qaçarkən Türkiyə məmləkətimə valyuta daxil olsun deyə, xarici şirkətlərdəki pulları Türkiyəyə gətirdim. Çünki mənim üçün cənab Rəcəb Tayyib Erdoğanın söylədikləri əmirdir. 2013-ci ildə cənab Rəcəb Tayyip Erdoğan mənə “Maltada nə işin var Mübariz şirkətlərini Türkiyəyə daşı. Türk oğlunun vətəninə xeyir verməsi lazım” çağırışını bir komandirin əmri kimi yerinə yetirməyə başladım. Bununla da yetinməyib cənab Rəcəb Tayyip Erdoğanın 2005-də “Mübariz, nədən Türk vətəndaşı deyilsin dediyində” İsveçrə vətəndaşlığından imtina edib Türkiyə vətəndaşlığını seçdim. Əcəba, yanlışmı etdim?
BU BAŞ VERƏNLƏR TÜRKİYƏDƏMİ OLUR?
İllərcə Türkiyənin hüquq dövləti olduğuna inandım və hər vakit hüquq yolunu seçdim. “Mübariz bunu sənə necə etdilər Türkiyədə” deyə özümdən soruşuram. Ürəyim sinəmdən çıxmaq üzrədir və buna cavab tapa bilmirəm. İnanmıram, bura Türkiyəmi? Bu baş verənlər Türkiyədəmi olur? Düşünürəm ki, bu qədər asamnı bir insanın haqqını əzib keçmək, təəsüüf ki, bir cavab tapa bilmirəm. Anladığım qədərilə məni sifariş edənlər insanlardan oğurladıqları pullarla çox böyük pullar ödəyiblər. Bu saatdan sonra heç çaşmam kamerada nüvə bombası tapsalar. Türkiyə ədalətinə səslənirəm. Bu saatdan sonra halal pul qazanmış iş adamları gəlib Türkiyəyə investitsiyamı qoyarmı? Avropa vətəndaşlığından çıxıb Türkiyə vətəndaşlığımı alarmı? Amma mən sizə sizdən fərqli olduğumu sübut edəcəm. Özümü Allaha təslim edib vefat orucumu sonuna qədər davam etdirəcəyəm. Siz məni bu qəfəsdə tuta bilməzsiniz. Allahın izniylə qısa vakitte Allahın əmri və hökmüylə yolumun sonuna çataram. Siz zavallılarda nə ürək, nə vicdan, nə qeyrət olduğunu çox insan görür. Mənim sevdam və dualarım sadəcə, şərəfli haqq yolunu seçən insanlaradır. Və son olaraq, Türk dünyasının gəlmiş və keçmiş ən böyük liderlərindən olan Ulu öndər Atatürkün bir kelamını söyləmək istəyirəm? Məni görmək mütləq üzümü görmək demək deyildir. Mənim fikirlərimi, mənim hislerimi anlayırsanız, hiss edirsəniz, bu kifayətdir. Hamınızın önündə baş əyirəm, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm. Allaha əmanət olun, halal yaşayın.”